Sumqayıtda aksiya – Tağıyev qəsəbəsinin sakinləri yolu bağladı (VİDEO)backend

Sumqayıtda aksiya – Tağıyev qəsəbəsinin sakinləri yolu bağladı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər.
Qaynarinfo xəbər verir ki, bir qrup qəsəbə sakini Bakı-Quba magistral yolunu bağlayıb. Aksiyaya səbəb əraziyə kanalizasiya sisteminin çəkilməməsidir.
Sakinlər deyir ki, uzun illərdir onlar bu problemin həllinə nail ola bilmirlər. Ona görə də aksiya keçirmək qərarına gəliblər. Sakinlər əlavə edib ki, problemlə bağlı dəfələrlə qəsəbə icra nümayəndəliyinə müraciət ediblər. Lakin nəticəsi olmayıb. Hər dəfə icra nümayəndəliyi vəd versə də, problem həllini tapmayıb.
Şikayətçilər bildirib ki, artıq yalan vədlər eşitməkdən beziblər: “21-ci əsridir, amma kanalizasiya yoxdur. Biz qəsəbə olaraq daha gerilərdə qalmışıq. 21-ci əsrə çatmamışıq. Belə şey olar? Bu qədər insanı, neçə illərdir ki, boş vədlərlə aldadılar. Tağıyev qəsəbəsinin icra nümayəndəsinə dəfələrlə şikayət etmişik. Amma faydası olmayıb. Nə vaxt şikayət ediriksə, “mənlik deyil” deyib, yola salır”.