Tribuna İnformasiya Agentliyi

Sumqayıtda 62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirilib

09 May

Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.

“Report”un məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi “Mercedes” markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.