Tribuna İnformasiya Agentliyi

Sumqayıtda 60 yaşlı qadını avtomobil vurub

06 Avqust

Sumqayıt şəhərində 60 yaşlı qadını avtomobil vurub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Ağayeva Gülbuta Niyazalı qızı 13 mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.