Sumqayıtda 6 nəfər koronavirusdan dünyasını dəyişibbackend

Sumqayıtda 6 nəfər koronavirusdan dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda son günlərdə koronavirus testi pozitiv çıxan 6 nəfər dünyasını dəyişib.

Xeberle.com-un əldə etdiyi məlunata görə. ölənlərdən 4 nəfəri qadın, 2 nəfəri isə kişidir.

Ölənlərdən biri 50 yaşında digərləri isə 60-65 yaşlarındadır.

Qeyd edək ki, indiyədək Sumqayıtda 9000 vətəndaşdan test analizi götürülüb ki. bunun da 500-ü pozitiv çıxıb.

Sumqayıtda 1 nömrəli şəhər xəstəxanası Covid-19 xəstəxanası elan olunub və koronavirusla mübarizəyə 250 nəfər tibbi personal cəlb olunub.