Tribuna İnformasiya Agentliyi

Sumqayıtda 19 manata görə qətl törədildi

12 May

Mayın 8-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Aydın Şıxəliyevin üzərində zorakılıq əlamətləri olan meyiti “Mercedes” markalı avtomobilində tapılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin və şəhər prokurorluğunun birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə A.Şıxəliyevin 2 ədəd mobil telefonunun və 19 manat pulunun oğurlanması, habelə Şəmkir rayon sakini Şamil Bayramov, Bakı şəhər sakini Pərviz Məmmədov və Sumqayıt şəhər sakini Rahin Hüseynov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və onlar saxlanılıblar.