SUMQAYIT TƏHSİL ŞÖBƏSİ MƏKTƏBLƏRDƏ QANUNSUZ YOXLAMA APARIR – TƏFSİLATbackend

SUMQAYIT TƏHSİL ŞÖBƏSİ MƏKTƏBLƏRDƏ QANUNSUZ YOXLAMA APARIR – TƏFSİLAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Təhsil Şöbəsinin rəhbəri Arzu Əlizadənin məktəblərə yoxlamalar göndərdiyi haqda xəbərlər yayılıb. TİA.Az-ın sosial mediaya istinadla verdiyi məlumata görə, bu yoxlamalar məktəb direktorlarının fəaliyyətini əks etdirir.
Xəbərdə deyilir ki, təhsil şöbəsinin şefinin bu araşdırmaları məktəblərdə direktorların “kürkünə birə salıb” və vəlvələyə düşüblər.
Hətta deyilənə görə, məktəb direktorlarından bu yoxlamaların nəticələrindən asılı olaraq, 1 000 manatdan 10 000 manata qədər rüşvət istənilir.


Məlumatda bildirilir ki, Sumqayıt RTŞ rəhbəri Arzu Əlizadə məktəblərdə monitorinq təşkil edir, nöqsanlar axtarılır, amma tələb edilən rüşvət verildikdə həmi məkəb direktoru “süddən çıxmış ağ qaşıq” elan edilir və onunla haqq-hesab çürüdülmüş sayılır.
Amma ilin-günün bu vaxtında təhsil şöbəsi müdirinin bu yoxlamaları, direktorların borc-xərc edib problemdən yaxa qurtarmağa çalışması ciddi narazılıq yaratmaqdadır. İddialara görə, elə məktəb yoxdur ki, rüşvət verməsin.
Əgər rüşvət verməyən məktəb direktor olarsa, onun üzünə valideyni dayandırmaqla və çəkilişlə göndərərək ictimailəşdirilir.

TİA.Az