Sumqayıt şəhər bələdiyyəsində vətəndaşları pəncərədən qəbul edirlər-VİDEObackend

Sumqayıt şəhər bələdiyyəsində vətəndaşları pəncərədən qəbul edirlər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt Şəhər Bələdiyyəsi müraciət edən sakinləri binanın içərisinə buraxmır. Vətəndaşlar içəridə olan şəxslərə pəncərədən sənədləri təqdim edib, məsələni elə pəncərədəcə həll edirlər. Sumqayıt Şəhər Bələdiyyəsi soyuq hava şəraitində sakinləri bu cür qəbul edir.
Sakinlərin COVID- 19 pasportu olmasına baxmayaraq onlar içəri buraxılmır. Bələdiyyə işçiləri sənədləri pəncərədən qəbul edir, sakinlər isə çöldə gözləmək məcburiyyətində qalırlar.
Sumqayıt Şəhər Bələdiyyəsinin üzvü Akif Kərimov məsələyə mümasibət bildirib. Onun sözlərinə görə, bələdiyyədə  koronavirusa yoluxmuş xəstələr olub. Bu səbəbdən bələdiyyə rəhbərliyi vətəndaşları yalnız çöldən qəbul etmələrinə dair tapşırıq verib. Yəni bu addım özləri üçün deyil, sakinlərin sağlamlığı üçün atılıb.
Qeyd edək ki, Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovdur.