Sumqayıt sakini Biləsuvarda ələ keçdi: Külli miqdarda “patı”backend

Sumqayıt sakini Biləsuvarda ələ keçdi: Külli miqdarda “patı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.