Sumqayıt sakini aldığı malı geri qaytara bilmir -VİDEObackend

Sumqayıt sakini aldığı malı geri qaytara bilmir –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alınan mallar 5 dəqiqə sonra geri qaytarılmır və ya dəyişdirilmir. Satılan mallara görə obyekt rəhbərliyi məsuliyyət daşımır”.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən mağazalardan birinin üzərinə belə yazılıb.

Sumqayıt sakini Rüfət  Əliyev Xırdalanda avtomobili üçün obyektdən aldığı ehtiyyat hissəsini bir neçə gün sonra geri qaytara bilməyib.  Hətta həmin dükana müraciət edərkən qapının üstündə yazılan elanı da görüb: “Alınan mallar 5 dəqiqə sonra geri qaytarılmır”.

Biz də məsələ ilə bağlı həmin dükana yaxınlaşdıq. Qadın satıcı nəinki, suallarımızı cavablandırdı, əksinə, ərazidən uzaqlaşdı.

Zərərçəkmiş Rüfət Əliyev bununla bağlı aidiyyəti təşkilatlara müraciət edəcəyini deyir.

Hüquqşünaslar isə bildirir ki, Mülki Məcəllənin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddələrində alınan malın geri qaytarılması tənzimlənir.

Mövcud qanunvericiliyə əsasən, alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər.  Alıcı qeyri-ərzaq malın ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. Təbii ki, malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır. Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.