Sumqayıt İcra hakimiyyətinin 4,2 milyon manatlıq tenderini – BU ŞİRKƏT UDDUbackend

Sumqayıt İcra hakimiyyətinin 4,2 milyon manatlıq tenderini – BU ŞİRKƏT UDDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Bulvar” MMC-nin tenderinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderin qazanan şirkət “Proqres” Xüsusi Firmasıdır.

Qurum digər maşın və avadanlıqların satın alınması üçün “Proqres” Xüsusi Firmasına 4 milyon 191 min 360 manat ödəyəcək.

Qeyd edək ki, “Proqres” Xüsusi Firması 21.11.1994-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Əyyub Abbasov Yaqub oğludur.