Tribuna İnformasiya Agentliyi

Sumqayıt Dövlət Universitetinin əsas binasının girişi uçub – FOTO

21 İyun

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.

SDU-nun mətbuat katibi Nazxanım Cəlilli “Report”a bildirib ki, hadisə saat 15:30 radələrində baş verib: “Əslində, kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı müvafiq strukturlara məlumat verilib. Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Məsələ tezliklə həll ediləcək”.