Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanması ödənişli olubbackend

Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanması ödənişli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanmasını ödənişli edib.

TİA.AZ bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir. Ərazidə eyni anda 120 avtomobil dayana bilər. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yer var. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpik, yeraltı dayanacaqlarda isə 1 manatdır.Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saata qədər əlavə durmaya görə ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 manat ödənilir.

ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə etmək mümkündür.