Sumqayıt bulvarının yaxınlığını zibil poliqonuna çevirdilər – FOTO/VİDEObackend

Sumqayıt bulvarının yaxınlığını zibil poliqonuna çevirdilər – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt bulvarının qurtaracağının düz yaxınlığında heç də romatik olmayan, çox açınacaqlı mənzərə yaranıb.Ərazi əməlli-başlı zibil poliqonuna çevrilib”.

Bu barədə Sumqayıt sakinləri tərəfindən TİA.AZ-a göndərilən şikayətdə deyilir.

Yazıda daha sonra bildirilir:

“Dənizin kənarındakı  bu zibilxanada  bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına  , daş parçalarına, bir sözlə hər cür zibil növünə rast əlmək olar.

Zibil buraya maşınlarla,özü də  heç də adi vətəndaşlar tərəfindən tökülmür.

Ərazidəki zibil yığnağı günü-gündən artır.

Təbii ki, bütün bunlar ətraf mühitə  ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır.Üstəlik bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır.

Bu cür mənzərə bulvarın simasına da xələl gətirir.

Maraqlıdır ki,Sumqayıt   şəhər icra hakimiyyəti bulvarın yanındakı bu aruzolunmaz  vəziyyəti  ən azından,çox güman ki, bilsə də heç bir tədbir gömür. Həmçinin aidiyyatı dövlət qurumları,  ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Sumqayıt şəhər Təmizlik Departamenti məsələ ilə bağlı bir tədbir gösrsəydilər pis olmazdı.Çünki bu ən azından qanunsuzluqdur”.

TİA.AZ