Tribuna İnformasiya Agentliyi

Sumqayıt Bulvarında yaşıllıqla bərabər gediş-gəliş yeri,hətta oturacaqlar da sulanır-VİDEO

27 İyun

Sumqayıt Bulvarı sumqayıtlıların və Sumqıyıta gələn qonaqların yay aylarında ,istilərdə  sevimli istirahət yerlərindən biridir.Amma bu bulvarda da neqativ hallar az deyil.Bunların birini Sumqayıt Bulvarında gəzən sakinlərdən biri axşam vaxtı lentə alıb.TİA.AZ-ın redaksiyasına göndərilən kadrlardan da görünür ki,bulvardakı yaşıl sahə su şırnağı ilə sulanır.

Amma  elə sulanır ki, hətta insanların  gedib-gəldiyi yeri,hətta oturacaqları da yaş edir.

Bu cür haldan giley edən sakinin məktubunu olduğu kimi təqdim edirik:

“Əlbəttə yaşıllığı sulamaq ,özü də yay vaxtı mütləq lazımdır,amma Bulvar rəhbərliyi su şırnağını elə qurmalı idi ki, bu, sakinlərin istirahətinə,oturmasına,gedib-gəlməsinə  əngəl olmasın,onlarda narahatçılıq doğurmasın.Hər halda yaşıllığı ən azından günorta vaxtı sulamaq da olar və bu daha münasibdir.Qeyd edək ki,bu laqeyd münasibət,bulvara dincəlməyə gələn insanlara bu etinasız münasibət ,neqativ hal çoxdandır mövcuddur.

Bu nə dərəcədə düzgündür oturacaqları və yolun ortasını sulamaq?Hər halda dünyanın  heç bir bulvarında belə şey olmur.Bundan başqa  bulvarda diqqəti çəkən neqativ hallardan biri də bulvardakı oturacaqların bir çoxunun dəmirdən,metal materialından olmasıdır ki,bu da insan sağlamlığına ziyandır, çoxsaylı belə “skameykalarda” oturanlarada xəstəliklər yarada bilər.Özü də nəzərə alma lazımdır ki,yay vaxtı bulvarda oturanların sayı çox olur”.