Sumqayıt bulvarında ağaclar kütləvi kəsilir – Açıqlama/VİDEObackend

Sumqayıt bulvarında ağaclar kütləvi kəsilir – Açıqlama/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhidlər Xiyabanı ətrafında salınan meşəlik ərazidə ağaclar kütləvi olaraq tələf olunur.

TİA.AZ ecofront-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

“Sumqayıt Şəhidlər Xiyabanı kənarında yerləşən ağaclıq kəsilir. Mən buna mane olmağa çalışdım və mənim çəkiliş apardığımı görüb ərazidən uzaqlaşdılar. Ancaq, sonra nə olacaq bilmirəm. Orada yeni binalar tikilir. Düşünürəm ki, elə ona görə ağacları kəsirlər” , – deyə izləyicimiz qeyd edib.

Nocomment.az  məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra mətbuata məlumat veriləcək