Sumqayıt avtobuslarında xaos: kart tapılmır, sürücülər isə ikiqat qiymətə satırbackend

Sumqayıt avtobuslarında xaos: kart tapılmır, sürücülər isə ikiqat qiymətə satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda avtobusların kartla ödəniş sisteminə keçməsi xaos yaradıb. TİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə jurnalist İlahə Hacıyeva yazıb. Jurnalist qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olan avobuslar kart sisteminə keçsə də bu barədə vətəndaşları əvvəlcədən xəbərdar etməyiblər. “Bu gün səhərdən Sumqayıtda xaos yaşanır. Avtobusa minmək istəyirsən deyirlər ki, kartladı. Kartin var min get, yoxdur düş aşağı. Kart isə bəzi dayanacaqlarda satılır. Səhər isə onu əldə etmək mümkün deyil. Sürücülər isə alternativ olaraq ikiqat qitmətinə kart almağı təklif edir. Məcbur olub alırsan, çünki başqa çarə yoxdur.”

Jurnalist deyir ki, işin düzgün təşkil edilməməsi vətəndaşların artıq əziyyət çəkməsinə səbəb olur. Eyni zamanda fürsətdən istifadə edən avtobus sürücüləri ikiqat qiymətinə kart satırlar.