Sumda Rusiya hərbçiləri USQ ilə döyüşdən imtina edib, geri qayıdırlarbackend

Sumda Rusiya hərbçiləri USQ ilə döyüşdən imtina edib, geri qayıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumı bölgəsindəki rus hərbçiləri döyüşməkdən imtina edirlər. Bu, müharibə başlayandan bəri regionda qeydə alınan ikinci belə haldır.
TİA.az xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində Sumı vilayət hərbi idarəsinin sədri Dmitri Jivitski bildirib.
“Rusiya qoşunlarının bəzi hissələri dönüb döyüşməkdən imtina edərək geri qayıdırlar. Bu, Rusiya hərbçilərinin müharibə zamanı ukraynalıların soyqırımında iştirakından mütəşəkkil şəkildə imtina etməsi ilə bağlı ikinci belə haldır. Komandirlərdən biri ilə söhbət zamanı məlum oldu ki, nə onun, nə də döyüşçülərinin Ukraynada döyüşmək arzusu var”, – sədr bildirib.