“Sumayıt” və “Qarabağ” yarımfinaldabackend

“Sumayıt” və “Qarabağ” yarımfinalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

TİA.AZ istinadən xəbər verir ki, ilk matç günündə 2 görüş keçirilib.

“Qəbələ” son ölkə çempionu “Qarabağ”ı qəbul edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab oyununda da 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Günün digər qarşılaşmasına “Sumqayıt” “Səbail”in qonağı olub. 2:1 hesabı ilə qalib gələn “gənclik şəhəri” təmsilçisi 2 səfər qoluna görə yarımfinala adlayıb. Komandalar arasında birinci matçda isə paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, “Sumqayıt” və “Qarabağ” yarımfinalda bir-birləri ilə üz-üzə gələcəklər.

6 fevral

18:00. “Səbail” – “Sumqayıt” – 1:2
Qollar: 
Rəhim Sadıxov, 20 (0:1), Əli Qurbani, 23 (0:2), Əfran İsmayılov, 90+6, pen (1:2)
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
İlk oyun – 1:0
“ASCO Arena”

15:00. “Qəbələ” – “Qarabağ” – 0:3
Qollar: 
Maksim Medvedev, 6, Patrik Andrade, 45+4-pen, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
İlk oyun – 1:3
Qəbələ şəhər stadionu

7 fevral

14:30. “Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu
İlk oyun- 0:1

17:30. “Zirə” – “Neftçi”
Zidə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0