Şumaxerin oğlu Bakıda qəzaya düşdü – FOTObackend

Şumaxerin oğlu Bakıda qəzaya düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2022 Formula 1 Azəbaycan Qran Prisində ilk qəza halı qeydə alınıb.
TİA.AZ trend-ə istinadən xəbər verir ki, qəzanı “Haas” komandasının pilotunu Mik Şumaxer edib.Belə ki, M.Şumaxer idarəetməni itirərək bolidi bardurlara çırpıb. Onun bolidi trasdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək