“Sülhməramlılar bizi aldatdılar…” – Sarıbabanın erməni sakinləribackend

“Sülhməramlılar bizi aldatdılar…” – Sarıbabanın erməni sakinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən Azərbaycanın Qarabağ bölgəsinin Şuşa rayonunun Sarıbaba kəndinin erməni sakinləri Rusiya sülhməramlılarının onları aldatması ilə bağlı jurnalistlərə şikayət ediblər.

Belə ki, yerli sakinlərdən biri jurnalistlərlə söhbət zamanı bunları deyib: “Müdafiə ordusu”nun qüvvələri (erməni quldur dəstələrinin qalıqları – red.) kənd üzərində üstünlük təşkil edən mövqeləri tutublar. Sonradan Rusiya sülhməramlıları onları bu mövqeləri tərk etməyə inandıraraq, əmin ediblər ki, təhlükəsizliyi özləri təmin edəcəklər. Ancaq sülhməramlılar bu mövqelərə yerləşməyiblər və azərbaycanlıların vaxtilə erməni postlarında məskunlaşmasına şərait yaradıblar”.

 

Digər kənd sakini isə ötən gün baş verən hadisələri Fərrux kəndindəki olaylarla eyniləşdirib: “Sülhməramlılar erməni qüvvələrini geri çəkilməyə məcbur edərək, onların yerinə rus qoşunlarının gələcəyi vədini veriblər, ancaq azərbaycanlılar gəlib. Bu yüksəklikdən bütün kəndi görmək olar. Türklər (azərbaycanlılar – red.) indi gəlib postlarını qurublar. Biz ruslara deyirik ki, niyə heç nə etmirsiniz? Onlar isə cavablarında bildirirlər ki, “biz heç nə edə bilmərik”.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.