Tribuna İnformasiya Agentliyi

Sülh Platformasının Polşa üzrə sülh səfiri təyin edilib

24 Aprel

Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev platformanın üzvü olan Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik ilə görüş keçiriblər. 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə gələcək planlar müzakirə olunub. V. Olejnik özü və sədri olduğu təşkilatın adından platformanın fəaliyyətini dəstəklədiyini, bu sahədə imkanlarını səfərbər edəcəyini bildirib. Görüşün sonunda həmkoordinatorlar V. Olejniki Sülh Platformasının Polşa üzrə sülh səfiri elan ediblər.