Tribuna İnformasiya Agentliyi

Sükan arxasında yatan sürücü möcüzə nəticəsində sağ qaldı – VİDEO

08 Sentyabr

Ukraynada sükan arxasında yatan sürücü qəza zamanı möcüzə nəticəsində sağ qalıb.

Hadisə Luçkiy rayonunun Miluşi kəndində baş verib.

Mikroavtobusun sürücüsü sükan arxasında yatıb və əks yola çıxaraq yük maşını ilə toqquşub. Hadisə yerinə cəlb edilən xilasedicilər sürücü və sərnişinləri mikroavtobusdan çıxarıblar.

Qəza nəticəsində onlardan bir neçəsi yüngül xəsarət alıb.