Sükan arxasında huşunu itirən qadının ayağı əyləcdə qaldı… – Təhlükəli anlar anbaan kamerada – VİDEObackend

Sükan arxasında huşunu itirən qadının ayağı əyləcdə qaldı… – Təhlükəli anlar anbaan kamerada – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sükan arxasında huşunu itirən qadın ayağının əyləcdə qalması səbəbindən maşını qarşı yola çıxıb. Digər sürücülər və yoldan keçənlərin sayəsində faciə yaşanmadan avtomobili saxlamaq mümkün olub.
TİA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva vilayətində baş verib. RF DİN hadisənin baş verdiyi anın görüntülərini yayıb.
Kadrlardan minik avtomobilin arxasınca gedən yük maşınının sürücüsünün yoldakıları əvvəlcə siqnalla, sonra isə qışqıraraq sözlə baş verənlər barədə xəbərdarlıq etdiyi görünür. Sonda o, kömək edənlərə maşının təkəri altına daş və ya başqa bir şey qoymaları barədə göstəriş verir, yalnız bundan sonra maşını saxlamaq mümkün olur.
Qeyd edək ki, maşını dayandırdıqdan sonra qapıların kilidləndiyi aydın olub, bu səbəbdən müfəttiş arxa qapının pəncərəsini sındırdıqdan sonra mühərriyi söndürə bilib. Qadın xəstəxanaya yerləşdirilib.