Tribuna İnformasiya Agentliyi

Süd Yolunda müəmmalı obyektlər aşkarlandı

09 İyun

Kaliforniya universitetinin astronomları Süd Yolunun mərkəzi yaxınlığında mənşəyi məlum olmayan kosmik obyektlər aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Phys.org”da pres-reliz yayılıb.

Alimlər onların tozlu ulduzlara və ya  G-obyektlərə aid olduğunu güman edir. Belə kosmik obyektlərin xarici atmosferləri qalaktikanın nüvəsi tərəfindən cəzb olunur. Ulduzun nüvəsi isə cəzb etmə gücünə müqavimət göstərmək üçün kifayət qədər yüksək kütləyə malik olur.

Tədqiqatçılar bu kosmik obyektlərin binar sistemdə olan ulduzların birləşməsindən ərsəyə gəldiyini hesab edir.

Bu ikili ulduzların orbitlərini qeyri-sabit edən super-massiv qara dəliyin qravitasiyasından qaynaqlana bilər. Birləşmədən sonra G-obyektlər adi ulduzlara çevrilənə qədər bir neçə milyon il ərzində şişmiş vəziyyətdə qalır.

Buna qədər astronomlar G-obyektləri yalnız iki dəfə – 2002 və 2012-ci illərdə aşkarlayıb.