Tribuna İnformasiya Agentliyi

Su təchizatının tikintisinə 22 milyon ayrılıb

03 İyul

Prezident İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.