Su İdmanı Sarayının direktoru işdən çıxarıldı – Yeni direktor təyin olundu + FOTObackend

Su İdmanı Sarayının direktoru işdən çıxarıldı – Yeni direktor təyin olundu + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Su İdmanı Sarayında direktor dəyişikliyi olub. Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Üzgüçülük Federasiyasının da vitse-prezidenti olan Elçin Həsənov işindən çıxarılıb.

Onun yerinə Zaur Yaqubov təyin edilib. Z.Yaqubov bunadək Azərbaycan Sənaye Korporasiyasının balansında olan “ASK Şüşə” MMC-nin direktoru və “Azəripək” MMC-nin (Şəki İpək Kombinatı) İdarə Heyətinin sədri olub. O yaxın günlərdə Bakı Su İdmanı Sarayının kollektivinə təqdim ediləcək.

Qeyd edək ki, Bakı Su İdmanı Sarayı son vaxtlar özünü maliyyələşdirməkdə çətinliklə üzləşib.