“Su hara gedir, niyə itir” sualının cavabı-FOTObackend

“Su hara gedir, niyə itir” sualının cavabı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində
2700 hektar ərazini ələ keçirib. TİA.AZ
xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə,  20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib: ” Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi “Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib”.

TİA.AZ