“Su-25 qırıcısının pilotu üçün gələn helikopterdə vuruldu” – FOTOLARbackend

“Su-25 qırıcısının pilotu üçün gələn helikopterdə vuruldu” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Volnovaxa yaxınlığında Ukrayna qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus Su-25 qırıcısının pilotunu təxliyyə etmək üçün “Mi-8” helikopteri yollanıb. Ancaq onların helikopteri də endirilib”.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko xəbər verib.

O, bununla bağlı kadr paylaşıb. Görüntülərdə helikopterdən sağ çıxan hərbçilərin müxtəlif istiqamətə qaçdığı görünür.

 

15:32

Volnovaxa səmalarında Ukrayna Birləşmiş Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiya ordusunun daha bir Su-25 hücum təyyarəsini vurublar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.

“Rusiya aviasiyası itki verməkdə davam edir. Bu gün, martın 4-də Volnovaxa səmasında Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölmələri düşmənin daha bir Su-25 hücum təyyarəsini vurublar”, – deyə məlumatda bildirilir.

Pilotun katapult edildiyi bildirilir.

“İndi düşmən pilotunu sağ tapmaq vacibdir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Ukrayna ordusu son bir həftə ərzində bir neçə Su-25, Su-24 və Su-30 qırıcılarını məhv edib.