Stounhencin sirri açıldıbackend

Stounhencin sirri açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxeoloqlar yaşı 4,6 min ilə qədər olan silindrşəkilli qədim daşların təyinatını müəyyən edə bilib. Məlum olub ki, müasir İngiltərənin şimalında yaşayan qəbilələr meqalitik tikililərin, o cümlədən Stounhencin inşası zamanı ondan ölçü aləti olaraq istifadə ediblər.

Oxu.Az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri məlumat yayıb.

Qəliz yivləri olan silindrlər 1889-cu ildə Neolit dövrünə aid uşaq məzarında aşkarlanıb və müntəzəm tədqiqatların obyektinə çevrilib. Ancaq yalnız indi alimlər bu artefaktların hansı məqsədlərlə tətbiq olunduğunu müəyyən edə bilib.

Alimlər hər bir silindrin ətraf  uzunluğunu ölçüb və məlum olub ki, böyük silindri yeddi dəfə kəndirlə doladıqda, ölçülmüş uzunluq 3,22 metrə bərabər olur. Orta ölçülü silindri səkkiz, ən kiçik ölçülü silindri isə 10 dəfə doladıqda həmin ölçü əldə olunur.

Arxeoloqların sözlərinə görə, Stounhenc trilitlərinin yaradılması zamanı məhz bu ölçü vasitəsindən istifadə olunub. Qədim insanlar lazımi ölçünü müəyyən etmək üçün, folkton silindrlərinin ətrafına kəndir dolayırdı. Bu texnologiya qədim insanlara tikinti zamanı eyni hündürlükdə olan daş parçalarından istifadə etməyə imkan verib.

Buna qədər Stounhencin qədim insanlar tərəfindən “gözəyarı” – hər hansı ölçü cihazından istifadə olunmadan inşa olunduğu güman edilirdi.