Tribuna İnformasiya Agentliyi

Stolüstü tennis üzrə Nərimanov rayon turniri

28 Noyabr

Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib. 

Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

TİA.AZ xəbər verir ki, bu gün 258 saylı tam orta məktəbin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəbliləri stolüstü tennis idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Yarışda rayonun 16 məktəb komandası tərkibində 80 nəfər məktəbli (onlardan 32 nəfəri qızlar) iştirak etmişdir.

Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri 258 saylı tam orta məktəbin komandası, II yeri Bakı Modern Məktəbin komandası, III yeri isə “İstək” liseyin komandası tutmuşlar.

Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmiş, qalibləri təbrik edərək onlara təhsilində, idman həyatında yeni-yeni uğurlar arzulamışdır.

Qalib komandaların üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.