Stoltenberq Rusiyaya xəbərdarlıq edib – “NATO tətikdədir”backend

Stoltenberq Rusiyaya xəbərdarlıq edib – “NATO tətikdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiya və Çinə qarşı özünün beynəlxalq hava məkanını müdafiə etməyə davam edəcək.

TİA.AZ-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransında deyib.

O bildirib ki, E. Makronla Ukraynadakı vəziyyəti müzakirə edib.

Rusiyanın Ukrayna ətrafında hələ də qoşun saxladığını vurğulayan Baş katib qeyd edib ki, dinc həll yoluna ehtiyac var.

“Rusiyanın təcavüzkar davranışlarının davam etməsi səbəbi ilə NATO tətiktədir”, – deyə Y. Stoltenberq qeyd edib.