Tribuna İnformasiya Agentliyi

Stoltenberq: Qətər NATO-nun üzvü ola bilməz

08 İyun

Qətər NATO-nun üzvü ola bilməz.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, buna səbəb NATO-nun Avropa və Şimali Amerika ölkələri üçün nəzərdə tutulmasıdır: “Şimali Atlantika müqaviləsi təşkilatı – Avropa və Şimali Amerika ölkələri üçün olan təşkilatdır, bizim nizamnamədə belə yazılıb”.

Y.Stoltenberq əlavə edib ki, Qətər NATO-nun regionda qiymətli tərəfdaşıdır.