Tribuna İnformasiya Agentliyi

Stoltenber: “Dünyada heç bir güc ABŞ qədər müttəfiqə sahib deyil”

11 İyul

Çətin problemlərin həlli üçün Rusiya ilə dialoqa cəhd etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, çətin problemlər Moskvanın təcridi üçün arqument ola bilməz.

Stoltenberq həmçinin ABŞ-ın Avropa ilə münasibətlərinə də toxunub. Baş katib ABŞ-ın Avropada qoşunlarının olmasının ona qlobal güc olmağa imkan verdiyini bildirib.

O, bunun Avropa və ABŞ üçün önəmli olduğunu deyib.

Stoltenberqin fikrincə, dünyada heç bir güc ABŞ qədər müttəfiqə sahib deyil.