Tribuna İnformasiya Agentliyi

Stiven Hokinq xəstəxanaya yerləşdirildi

03 Dekabr

Müasir dövrün ən məşhur və nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinq İtaliyanın paytaxtı Romada xəstəxanaya yerləşdirlib. 

Müasir dövrün ən məşhur və nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinq İtaliyanın paytaxtı Romada xəstəxanaya yerləşdirlib.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Ponfical” Elmlər Akademiyasının konfransında mühazirə oxumaq üçün gedən alimin səhəti qəfil pisləşib. O, dərhal “Gemelli” xəstəxanasına aparılıb.

Xəstəxanadan Stiven Hokinqin həyatı təhlükəsinin olmadığı, sağlamlıq vəziyyətinin həkimlər tərəfindən daim nəzarət olunduğunu bildiriblər.

Qeyd edək ki, 1942-ci ildə Böyük Britaniyanın Oksford şəhərində anadan olan Stiven Hokinq kvant fizikası və qara dəliklərlə bağlı araşdırmaları ilə tanınır. Elmi tədqiqatları 40-dan çox dilə tərcümə edilən Hokinq məşhur alim Albert Eynşteyndən sonrakı ən böyük dahi hesab olunur.