Tribuna İnformasiya Agentliyi

SSRİ yığmasının sabiq futbolçusu vəfat edib

26 Noyabr

Futbol üzrə SSRİ yığmasının və Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Viktor Kanevski vəfat edib.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Kavevski 1961-ci ildə Ukraynanın “Dinamo” klubunda SSRİ çempionu olub. O, 1964-cü ildə isə SSRİ Kubokunu qazanıb.