Tribuna İnformasiya Agentliyi

“SSRİ dağılsa da, Rusiya məğlub olmayıb” – Mərhum Buşun çap olunmamış müəmmalı müsahibəsi

28 Dekabr

Bir vaxtlar Amerikada səfərdə olan Heydər Əliyevlə balıq ovuna gedən ABŞ-ın 41-ci prezidenti Corc Buş (1989-1993) bu yaxınlarda dünyasını dəyişdi. Az sonra 94 yaşında vəfat edən ata Buşla bağlı Rusiya mətbuatında maraqlı iddia ortaya çıxdı

Rusiya mediası yazır ki, dünyada köklü geopolitik dəyişikliyə təkan vermiş Corc Buş Amerikada xüsusi ehtiram göstərilir. O, Amerika tarixində ən güclü siyasətçilərdən biri kimi xarakterizə edilir. Onun tərəfdarları, elə əleyhdarları da çox idi. O, Amerikanin varlı ailəsində doğulmuşdu. Könüllü şəkildə II dünya müharibəsində hərbi pilot kimi iştirak etmişdi. Müharibənin od-alovundan keçmişdi. Bu kimi keyfiyyətləri ona siyasətçi kimi böyük üstünlüklər qazandırdı və məhz o, SSRİ-nin süqutunda müstəsna rol oynadı. Ancaq maraqlıdır ki, cənab Buş SSRİ-nin dağılmasını ABŞ-ın qələbəsi saymırdı.

Rusiya mediası iddia edir ki, 1992-ci ildə Ağ Evə akkreditə olunmuş Sara Makklendon Corc Buşdan müsahibə alıb. Amma nədənsə həmin müsahibə heç bir yerdə çap olunmayıb. Mənbəyi bəlli olmayan bu müsahibdə Corc Buş deyib ki, Amerika SSRİ-ni dağıtdığına görə Rusiya tərəfindən vendettaya (qana qanla cavab verən qisasçılıq) hazır olmalıdır. Amerikanın 41-ci prezidenti deyib ki, SSRİ-nin dağılması onun xarici siyasətində ən böyük uğursuzluğudur.

Prezident onu da deyib ki, o, SSRİ-nin dağılması üçün əlindən gələn hər bir şeyi edib. Çünki SSRİ ABŞ-a ciddi zərbə endirmək gücündə olan ölkə idi. O, amerikalılara deyib ki, SSRİ-nin dağılmasından sonra da arxayınlaşmaq olmaz. SSRİ dağılıb, ancaq Rusiya məğlub olmayıb. Rusiya nə vaxtsa onu aşağılayanlardan bunun qisasını alacaq. Moskva daha da güclənəcək və SSRİ-yə görə Amerikadan hesab soracaq.

P.S. Böyük ehtimalla demək olar ki, bu, desinformasiyadır. Rus xalqının başını bu kimi nağıllarla aldadırlar. Rusiyanın yenidən güclənəcyinə və SSRİ-ni bərpa edəcəyinə müəyyən əsaslar yaratmaq üçün uydurulub.

https://politexpert.net/131820-zaveshanie-busha-dlya-ssha-ne-rasslablyaites-rossiya-vystavit-schet-za-sssr?utm_medium=referral&utm_source=lentainform&utm_campaign=politexpert.net&utm_term=1268816&utm_content=6869827