SSRİ dağılmamış kosmosa gedib, dağılandan sonra qayıdan kosmonavt danışdı SSRİ dağılmamış kosmosa gedib, dağılandan sonra qayıdan kosmonavt danışdıbackend

SSRİ dağılmamış kosmosa gedib, dağılandan sonra qayıdan kosmonavt danışdı SSRİ dağılmamış kosmosa gedib, dağılandan sonra qayıdan kosmonavt danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rus təyyarəçi-kosmonavt, Sovet İttifaqı və Rusiya Federasiyasının qəhrəmanı Sergey Krikalev SSRİ-nin dağılmasından kosmosda necə xəbər tutduğundan danışıb.
TİA.AZ xəbər verir ki, Krikalev REN TV-yə verdiyi müsahibəsində qeyd edib ki, o, Sovet İttifaqı dağılmamış kosmosa “Mir” stansiyasına gedib, Yerə isə ölkə dağlandan sonra, 1992-ci ilin martında qayıdıb. SSRİ-nin dağılması ilə bağlı xəbərləri isə kosmosda radio həvəskarları və mütəxəssisləri ilə söhbət zamanı öyrənib. Krikalevin sözlərinə görə, onlar kosmonavtlara baş verənlər haqda danışıblar.
“Bizim əlavə bir əlaqə kanalımız var idi, radio həvəskarları ilə əlaqə qurma fürsətimiz olurdu. Mesajlar ala bilərdik və səsli rabitə ilə danışa bilərdik. Ancaq hətta Yerdə olsan belə, bütün qəzetləri oxuyub bitirə bilməzsən”, – Krikalev deyib.
Kosmonavta görə, dəyişikliklərə baxmayaraq, onlar vəzifələrini yerinə yetirməyə davam ediblər. O, “Mir” orbital stansiyasında məlumat almaq üçün heç bir məhdudiyyət olmadığını qeyd edib.