Tribuna İnformasiya Agentliyi

SSRİ-də “Neftçi”yə bilərəkdən uduzduqlarını deyən futbolçu vəfat edib

14 Fevral

SSRİ milli komandasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Vitali Xmelnitski vəfat edib.

“Report”un məlumatına görə, keçmiş hücumçu 76 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində “Azovstal” və Donetsk “Şaxtyor”unda da çıxış edib. Xmelnitski ən böyük uğurunu 1965 – 1972-ci illərdə çıxış etdiyi “Dinamo”da qazanıb. Mərhum futbolçu 4 qat (1966, 1967, 1968, 1971) SSRİ çempionu və ölkə kubokunun qalibi (1966) olub. SSRİ yığmasında 20 oyuna 7 qol vurmuş forvard Meksikadakı 1970-ci il dünya çempionatında iştirak edib.

Vitali Xmelnitski daha əvvəl 1966-cı il SSRİ çempionatında “Neftçi”yə bilərəkdən uduzduqlarına dair açıqlama verib. O, Rusiya “Spartak”ının medalsız qalması üçün bu addımı atdıqlarını bildirib.