Srebrenitsa soyqırımından 27 il ötürbackend

Srebrenitsa soyqırımından 27 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 11-i İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımının 27-ci ildönümüdür.

Cəsədləri kütləvi məzarlıqlarda aşkarlanan faciə qurbanları şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında keçirilən mərasimlə dəfn olunur. Qəbiristanlıqda indiyədək 6671 nəfər dəfn edilib. Bu gün Potoçari Memorial Qəbiristanlığında soyqırımı qurbanı olan daha 50 nəfər kütləvi dəfn olunacaq. Bununla da Potoçari Memorial Qəbiristanlığında dəfn olunan faciə qurbanlarının sayı 6721-ə çatacaq.

Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dən çox soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Qeyd edək ki, əsasən Avropadan olmaqla bəzi ölkələr müxtəlif illərdə Srebrenitsa soyqırımını pisləyən qanun layihələri və qətnamələr qəbul ediblər. Avropa İttifaqı rəsmiləri isə faciənin ildönümündə soyqırımını pisləyən çıxışlar edirlər.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.