Tribuna İnformasiya Agentliyi

İsrailin Hayfa limanı vurulacaq – Suriya

27 Mart

Suriya İsrailin hava hücumlarına sərt şəkildə cavab verəcəyini açıqlayıb. 

Suriya İsrailin hava hücumlarına sərt şəkildə cavab verəcəyini açıqlayıb.

TİA.AZ xəbər verir ki, Suriya rəsmiləri İsrailin mülki vətəndaşları vuracağı təqdirdə bu ölkənin Hayfa limanına və neft-kimya fabriklərinə “Skad” ballistik raketi ilə cavab zərbələri endirəcəklərini bildirib.

Bu mesaj İsrail tərəfinə Rusiya vasitəsi ilə çatdırılıb.

Qeyd edək ki, İsrail son vaxtlar Suriyadakı Hizbullah hədəflərinə bir neçə dəfə hava zərbəsi endirib.