Tribuna İnformasiya Agentliyi

İsrail prezidenti FHN-nin əməkdaşlarına təşəkkür edib

28 Noyabr

Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. 

TİA.AZ-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

Qeyd edək ki, bu gün İsrail Dövlətinin prezidenti Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.