Tribuna İnformasiya Agentliyi

İsrail dünyanın ən güclü təyyarələrini alır

28 Noyabr

İsrail ABŞ-dan daha 17 ədəd F-35 beşinci nəsil hərbi təyyarəsi alacaq. 

İsrail ABŞ-dan daha 17 ədəd F-35 beşinci nəsil hərbi təyyarəsi alacaq.

TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı İsrail Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Bununla da İsrail ordusunda F-35-lərin sayı 50-yə çatacaq.

Qeyd edək ki, F-35-lər hazırda dünyanın ən güclü hərbi təyyarələri hesab edilir. Yaxın Şərqdə bu təyyarələrə hələlik İsrail sahibdir. Ondan sonra bu təyyarənin Türkiyəyə verilməsi gözlənilir.