Spirtli içkilərin aksiz dərəcələri artırılır – GƏLƏN İLDƏNbackend

Spirtli içkilərin aksiz dərəcələri artırılır – GƏLƏN İLDƏN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il yanvarın 1-dən içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırılır.

TİA.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.