Sovet tamaşaçılarını sevimli aktyoru öldübackend

Sovet tamaşaçılarını sevimli aktyoru öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ömrünün 84-cü ilində Rusiyanın xalq artisti, aktyor Mixail Kokşyonov vəfat edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə onun sevgilisi, şairə xanım Lübov Voropayeva məlumat verib.
“Misha Kokşyonov öldü. Əbədi qəlbimizdədir! – Voropayeva Feysbukda yazıb.
Xatırladaq ki, Kokşyonov 1936-cı ildə Moskvada anadan olub. 1957-ci ildə mühəndislik təhsili alıb və bir müddət öz ixtisası üzrə çalışıb. Bununla birlikdə, o illərdə “Yüksəklik” və “Qızlar” filmlərində epizodik rollara çəkilərək özünü aktyorluq sahəsində sınamağa başlayıb. 1963-cü ildə B.V.Şukin Teatr Məktəbini bitirib.
Mixail Kokşyonov 100-dən çox Sovet və Rusiya filmində rol alıb. Əsasən komediya personajlarını oynayıb. Onun iştirakı ilə çəkilən ən məşhur filmlər arasında “Ola bilməz!”, “Sportloto-82”, “Deribasovskayada hava yaxşıdır, yaxud Brayton Biçdə yenidən yağış yağır”, “Qaraj” və “Şirli-mirli” filmləri var.
Ayrıca, aktyor dəfələrlə “Yerelaş” kinoburaxılışında rol alıb.