Sovet dövrünün məşhur milyonçuları (SİYAHI)backend

Sovet dövrünün məşhur milyonçuları (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rus mediası SSSR-nin ən varlı məşhurlarının siyahısını hazırlayıb.
Yazıda onların qadağalara baxmayaraq sənətləri hesabına milyonlar qazana bildikləri vurğulanıb.
Lyudmila Zıkina dünyaca məşhur ifaçı idi. O, dünyanın 62 ölkəsində qostrol səfərində olub. Onun qızıl diski milyondan çox kopiya edilib. Zıkina qızılı çox sevib və qazancını ziynət əşyalarına xərcləyib. O, yalnız 10 ədəd olan xüsusi ziynət əşyası hazırlatdırıb. Onları isə məşhur insanlara bağışlayıb. Dəyəri isə 163 milyon rubl olub.
Yuriy Antonov heç vaxt qazancını gizlətməyib. Sovet dövründə o, ən çox sevilən məşhur olub. O, 15 min rubl maaş alıb. Anton bildirib ki, pulun çoxunu o, bəstəkarlıqdan qazanıb. Buna baxmayaraq o, sahəsi 20 kvadratmetr olan evdə yaşayıb.
Uşaq kitablarının müəllifi Sergey Mixalkov sovet dövrünün milyonçuları sırasında olub. Onun kitabları hədsiz çox nəşr olunub.
Əfsanəvi şahmatçı Anatoliy Karpov bütün rəqiblərinə qalib gəlib. Onun gəliri isə turnurlərdən olub. O, “Sizi sovet dövrünün milyonçusu kimi təqdim etmək olar” sualına “Hə” cavabını verib.