Soufrier vulkanı püskürür-Videobackend

Soufrier vulkanı püskürür-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saint Vincent və Qrenadinin şimalındakı Soufrier vulkanının püskürməsi nəticəsində bölgədə elektrik enerjisi kəsilib və əraziyə  suyun verilməsində fasilələr yaranıb.

TİA.AZ “Reuters” agentliyinə istinadən  xəbər verir ki,əhalinin təxliyəsi davam edir. Qonşu Barbadosda da həyəcan siqnalı verilib.Güclü külək vulkanın atmosferə atdığı külü Barbados adasına qədər aparıb.Aprelin 9-da səhər tezdən başlayan püskürmə hələ də davam edir.

Xatırladaq ki,Soufrier vulkanı 1979-cu ildən yatmış vulkan hesab edilirdi.Soufrier vulkanının ən böyük püskürməsi isə 1902-ci ildə baş verdi. 119 il əvvəlki püskürmədə mindən çox adam həlak olmuşdu.Yüzlərlə adam itkin düşmüşdü.