Şou əhlinin kredit dərdi: “32 min manat borcum var” – FOTO/VİDEObackend

Şou əhlinin kredit dərdi: “32 min manat borcum var” – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Banka borcum yoxdur. Kiminsə kiməsə borcu varsa, bu qəbahət deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamal məşhurların banka olan borclarından söhbət açıb. O, bankdan 20 min manat kredit götürdüyünü və hazırda doqquz min manat borcu qaldığını etiraf edib.

Xatirə isə banklara borcu olmadığını bildirib:

“15 il bundan əvvəl avtomobilim üçün bankdan kredit götürmüşdüm. Həyat yoldaşımın da banka kredit borcu yoxdur. Səkkiz ildir evliyik, bu illər ərzində bankdan pul götürməmişik”.

Proqramın gedişatında Zaur şou əhlinin tanınmış simalarına canlı efirdə zəng vuraraq, onlardan banka borclarının olub-olmamasını soruşub.

Meyxanaçı Namiq Qaraçuxurlu bankdan kredit götürməkdən qorxduğunu açıqlayıb:

“Həyatım boyu bankdan kredit götürməmişəm. Əgər mənə nə isə lazım olsa, səbr edib, pul toplayıb, lazım olanları almışam. Avtomobil alanda dostumdan 15-20 min manat borc götürmüşəm.

Sonra da işləyib qaytarmışam. Karantindən öncə mənzil almışdım. Məbləği toplaya bilmirdim. Dostlarımdan yardım istədim. Həll edib, evi aldım. Kredit götürməkdən qorxuram. Çünki həyatdır, birdən getdin, başına iş gəldi, sonra kiməsə yük olmaq istəmərəm”.

Əməkdar artist Ədalət Şükürov banka 32 min manat borcunun olduğunu söyləyib:

“Krediti adi insan da, nazir də, dövlət də götürür. İndi də kreditim var. Vaxtında ödəyirəm, gecikdirmirəm. 60 min manat götürmüşdüm, hazırda 32 min manat qalıb. Bankdan pul götürmək normal bir haldır. Əsas məsələ odur ki, onu qaytara biləsən”.

Sevil və Sevinc Səfərova bacıları isə yaşadıqları evlərinin kreditdə olduğunu dilə gətiriblər:

“Sənətə gələndən ehtiyaclarımız üçün kredit götürmüşük. Hazırda isə Xırdalandakı evimiz kreditdədir. Hələ 12 aylıq ödənişi qalıb. Təxminən 12-15 min manat ödəməliyik. Evin 100 min manatdan çox qiyməti var idi”.