Tribuna İnformasiya Agentliyi

Sotomayoru Azərbaycan çempionatında nokauta saldılar – VİDEO

01 Dekabr

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, 28 komandanın iştirakı ilə təşkil edilən yarışın V günündə yarımfinal görüşləri baş tutub.

Doqquz çəki dərəcəsində 18 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Ən maraqlı yarımfinal görüşü 69 kq çəki dərəcəsində baş tutub. Millimizin və “Qəbələ” klubunun üzvü, Avropa Oyunlarının qalibi, Rio Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayor yarımfinalda Elnur Süleymanovla qarşılaşıb. Lakin kubalı legionerimiz “Sədərək” klubunun boksçusu tərəfindən nokauta göndərilib.

Sotomayor Azərbaycan çempionatının bürünc medalı uğrunda BFL klubunun üzvü Hidayət Musayevlə qarşılaşacaq. “Qəbələ”nin milliləşdirdiyi digər legioner Pedro Alfonso isə “Orion”un idmançısı Cəbrayıl Yelekova 5:0 hesabı ilə qalib gələrək finala çıxıb.

Finala bu idmançılar çıxıb:

-52 kq Məsud Yusifzadə – Qoşqar Səfərli

-56 kq Tayfur Əliyev – Ümid Rüstəmov

-60 kq Cavid Çələbiyev – Sərxan Əliyev

-64 kq Elvin İsayev – Bəxtiyar Qazıbəyov

-69 kq Elnur Süleymanov – Nicat Həsənov

-75 kq Kamran Şahsuvarlı – Ramal Aslanov

-81 kq Rauf Rəhimov – Pedro Alfonso

-91 kq Rahil Məmmədli – Rövşən Yaqubzadə

+91 kq Sadiq Səmədov – Məhəmməd Abdullayev

Qeyd edək ki, çempionat bu gün başa çatacaq. On çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 14:00-da start veriləcək.