Tribuna İnformasiya Agentliyi

Soso Paviaşvilinin Bakı konsertinə hücum oldu

01 Dekabr

Bu gün axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçriblər.  Bu gün axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçriblər. 

Bu barədə Musavat.com-a məlumat verən QAT sədri Akif Nağının sözlərinə görə, polis aksiya iştirakçılarını sıxışdıraraq ərazidən uzaqlaşdırıb. Lakin QAT üzvlərindən 10 nəfər 15 AZN-dən bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil ola bilib. A.Nağının dediyinə görə, gürcü müğənni ifasına başlayan kimi QAT üzvləri səhnəyə yaxınlaşmağa cəhd göstərib. Onlar “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndiriblər, eyni məzmunda plakatlar qaldırıblar. Polis və daxili mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan çıxararaq Nəsimi rayon 22-ci polis bölməsinə aparıb. A.Nağının dediyinə görə, hazırda QAT üzvləri Qələndər İsmayılov, Paşa Dadaşov, Solmaz Alıyeva, Nəzrin Quliyeva, Cəfər Həşimov, Mehriban Abdullayeva, Elşad Əliyev, Teymur Muradov, Sədrəddin Rüstəmov polis bölməsinə aparılıb. Polis bölməsində QAT üzvlərinə xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıb. Qeyd edək ki, S.Pavliaşvili qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.