access_time Dərc olunub: 09:48
PIYADALAR NƏ ÜÇÜN YOLU "KAMIKADZE"-LƏR KİMİ KEÇIR?

Bir çoxumuz nəqliyyat vasitəsindən həm sürücü kimi həm də sərnişin kimi istifadə edirik.


Mən özüm sürücü olduğum üçün maşını sürmədiyim zamanlarda da yolu keçərkən çox diqqətli oluram. Maşınlar sağ tərəfdən gəlirsə, sola baxa-baxa  keçmirəm. Nədə ki, sol tərəfdən gələndə sağa baxıb keçmirəm. 


Düzdür, hamımızın əsəbi yerində olmaya bilər, səbirsizlik edə bilərik. Amma nə üçün piyadalara insan gözü ilə yox,  məhz 50 manat kimi baxılmalıdır.. 


Piyadaların 95 faizi AzTv-də eşidib ki, onlara sürücü yol verməsə, 50 manat cərimələnəcəklər və ona da görə piyada zolağdan belə yolu keçəndə elə yavaş  keçir ki, elə bil qardaş indi çay ilə konfeti götürüb oturacaq yolun ortasında vəçay içəcək. Onlar düşünür ki, sürücü onu gözləməyə borcludur.


Ümumiyyətlə, yol özü insanda böyük mədəniyyət tələb edir. Həm sürücülər üçün həm də piyadalar üçün. Sürücünün diqqəti daim yolda olmalıdır ki, heç kimə maneə törətməsin. Piyada isə maksimum dərəcədə sürücülərə mane olmağa çəkinməlidir. Təəssüf ki, sürücülərimizdə piyadalara yol vermə mədəniyyəti (köpəyoğlunun 50 manat qorxusundan) yaransada, hələki  piyadalarda bu mədəniyyət yoxdur. Ehtiyatsız, səhlənkar, ziyankar oğlanları (kişiləri) başa düşürəm.  Bəs xanımlarımız? Onlar axı zərif məxluqdur. Onlar bizim incilərimizdir. Onlar nə üçün biz sürücüləri "zibilə" salmaq üçün min bir yola əl atırlar? 


Baxırsan, gözəl xanımdır. Boyu, cazibəsi öz yerində. Hələ saç düzümünü demirəm. Amma gəl ki yolu keçməyinə bax? Təsəvvür edin bu xanım yaxınlaşır yol kənarına. Amma hələki səkinin üstündədir və sağa-sola baxır. 


Elə maşın gələn zaman ayağını bir addım irəli atır və piyada keçid işarəsinə ayağ basır ki yolu keçə. Bunu görən sürücü isə anidən əyləcə basır və arxadan gələn maşın az qala ki qəza törətsin. Bu haldan sonra da qızın nə saçı marağlı olur, nə boyu nədəki gözəlliyi...


Olmaz ki, ən azından öz dəyərinizi biləsiniz və yolu keçərkən bir birinizə hörmətlə yanaşasınız?


Daha sonra isə sürücü piyadalara yol verir, piyadalar keçir. Sürücü istəyir ki, hərəkət edə. Ordan başqa bir piyada tazılar kimi qaça-qaça yolu elə keçir ki, güya buna finiş xəttini keçəndə nəsə verəcəklər.


Düşünürəm ki, DYP-nin reydləri davam etsin. Amma əlavələr də olsun. Məsəl üçün YPX ilə PPX birgə reyd keçirərək, YPX sürücülərə 50 manatı, PPX isə piyadalara 20 manatı döşəsin.


Təsəvvür edin, piyada maşın görəndə onlara 20 manat gözü ilə baxir. Necədir? Məncə, Bakımız çox gözəl olar. Təklif edirəm 

20 manat kampaniyasına start verilsin!


Rəşad Əlizadə

Şərhlər